Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə "Zirə"ni 3:0 hesabı ilə məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis qələbəni şərh edib:
"Öncə futbolçularımı təbrik edirəm. Vacib qələbə qəzandıq. Bəlkə oyun bir az sönük görünürdü. Ancaq futbolçular çox əziyyət çəkdi. Çalışdılar ki, düzgün oynasınlar. "Zirə"yə də uğurlar arzulayıram".
Qurbanov Azərbaycan Premyer Liqası ilə yanaşı, ölkə kubokuna da ciddi yanaşdıqlarını deyib:
"Hər oyunda əsas futboçularımızın meydana çıxmasını istəyirəm. Ölkə kubokunda "Qəbələ" ilə səfər görüşündə çox rotasiya etməmişdik. Bu gün çempionat matçının bizim üçün vacib olduğunu bilirik. Eləcə də, "Qəbələ"ylə kubok oyunu da önəmldir".
saytlarin hazirlanmasi