Qurban Qurbanovun yubiley qələbəsi

12:06 - 29 Aprel 2019

“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 200-cü çempionat qələbəsini qazanıb.

 

Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu, Topaz Premyer Liqasının XXVI turunun “Zirə” ilə səfər oyununa təsadüf edib. 2008-ci ildən “Qarabağ”ı çalışdıran Qurbanov 11 ildə komandasını Premyer Liqada 340 oyuna çıxarıb. Bunların 200-də qələbə qazanan komanda 84 heç-heçə edib və 56 dəfə uduzub.

 

Qeyd edək ki, Qurbanovun Premyer Liqa karyerasındakı ümumi qələbə sayı 218-dir.

Xəbər xətti