Riçard Almeyda 250-yə çatdı

13:46 - 29 Aprel 2019


Topaz Premyer Liqasının XXVI turu çərçivəsində baş tutan “Zirə” -“Qarabağ” görüşündə qonaqların futbolçusu Riçard Almeyda üçün əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi 250-ci matçını keçirib. Cənubi amerikalı bu görüşlərdə 54 qol vurub.

 

Riçard Premyer Liqada 173 matçda 42, Azərbaycan kubokunun 22 oyununda 5, avrokuboklardakı 55 qarşılaşmada 7 dəfə rəqib qapısına yol tapıb.

Xəbər xətti