UEFA İntizam Ukrayna millisinin heyətində AÇ-2020-nin seçmə mərhələsində iki oyun keçirmiş Braziliya əsilli Junior Moraeslə bağlı araşdırmalarını başa çatdırıb.
Sportal.az xəbər verir ki, qurum Portuqaliya və Lüksemburqun federasiyalarından edilən şikayətlərə baxıb.
Federasiyalar Ukraynanın braziliyalı futbolçu Juinior Moraesin milliləşdirilərkən FİFA-nın tələblərini pozduğunu əsas gətirirmişdilər. Lakin araşdırmalardan sonraqayda öozuntusu aşkar edilməyib. Bu səbəbdən də Ukrayna yığmasına keçiridiyi oyunlarda texniki məğlubiyyət verilməyəcək.
Qaydalara əsasən milliləşdirilən futbolçu 5 il ölkədə yaşamalıdır. 2012-ci ildə Ukraynaya gələn Moares 4 il 8 ay bu ölkədə yaşayıb. Daha sonra Çinə üz tutan 32 yaşlı futbolçu ötən il "Şaxtyor"a keçmişdi.
Ukrayna yığması AÇ-2020-nin seçmə mərhələsində Portuqaliya və Lüksemburqla oyunlarda milliləşdirdiyi futbolçunu oynadıb. Andrey Şevçenkonun komandası 2 oyundan sonra 4 xalla qrup lideridir.
saytlarin hazirlanmasi