Azərbaycan I Divizionunda 2018/2019-cu illər mövsümünün qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, paytaxtın MOİK klubu qızıl medallara yiyələnib.
Bu gün 25-ci tur çərçivəsində “Qaradağ Lökbatan”la qarşılaşan "hərbçilər" 2:0 hesabı ilə qalib gələrək, son turun nəticələrindən asılı olmayaraq, 1-ci yeri təmin edib.
Xal hesabını 62-yə çatdıran Azər Bağırovun yetirmələri 2-ci pillədəki "Sumqayıt-2"ni 3 xal qabaqlayır. Paytaxt klubu şəxsi görüşlərdə rəqibindən üstün olduğu üçün əlçatmazdır.
"Hərbçilər" daha öncə 2000/2001 mövsümündə çempion olmuşdu.
I Divizion, 4 may (şənbə)
XXV tur
“Keşlə-2” – “Şüvəlan” - 1:0
Qollar: Nodar Məmmədov, 58 (avtoqol)
“ASK Arena”
“Zirə-2” – “Sumqayıt-2” - 2:4
Qollar: Müşfiq İlyasov, 61, 75 - Fərid Kərimzadə, 4, 11, Ülvi Əliyev, 9, Emin Zamanov, 41
Qırmızı vərəqə: Müşfiq İlyasov, 79 ("Zirə-2")
“AZAL Arena”
“Turan Tovuz” - “Səbail-2” - 2:2
Qollar: İlkin Sadıqov, 65, 73 - Təyyar Məmmədov, 32, Xəlil Bəşirov, 84
Qırmızı vərəqə: Hikmət Verdiyev, 16 ("Səbail-2")
Tovuz şəhər stadionu
“Kəpəz” – “Ağsu” - 3:1
Qollar: Oqtay Məmmədov, 30, 41, Əli Səmədov, 35 - Ramil Əliyev, 63
Gəncə şəhər stadionu
“Sabah-2” – “Qarabağ-2” - 0:1
Qol: Cavid Bayramov, 88 (pen.)
Binə qəsəbə stadionu
“Qaradağ Lökbatan” – MOİK - 0:2
Qollar: Bahadur Həziyev, 9, Orxan Həsənov, 73
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
“Zaqatala” – “Neftçi-2” - 1:1
Qollar: Ramin Əhmədov, 90+7 - Əlibəy Məmmədli, 73
Zaqatala şəhər stadionu
saytlarin hazirlanmasi