Bu gün Azərbaycan Premyer Liqasında XXVII tur baş tutub.
Sportal.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə keçirilib.
Baş tutan qarşılaşmalardan sonra bütün mükafatçılar müəyyənləşib. "Səbail" üzərində böyükhesablı qələbə qazanan "Qarabağ" sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirib.
"Neftçi" isə səfərdə "Qəbələ"ni məğlub edib. Bununla "Neftçi" gümüş, "Səbail" isə bürünc medalı təmin edib. "Qəbələ" də mövsümü 4-cü pillədə tamamlayıb.
"Keşlə"nin məğlub olduğu turda "Sumqayıt" qələbə qazanaraq, 7-ci pillədəki mövqeyini möhkəmlədib. "Keşlə" isə son turun nəticələrindən asılı olmayaraq, çempionatı axırıncı pillədə başa vuracaq.
17:00 “Keşlə” – “Zirə” - 1:3
Qollar: Conatan Ayite, 45 (pen.) - Xulio Sezar Rodriqes, 26, 47, Mfo Kqasvane, 52
Qırmızı vərəqə: Denis Silva, 28 ("Keşlə")
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Əli Cəbrayılov, Kamal Umudlu
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASK Arena”
18:00 “Qəbələ” – “Neftçi” - 1:3
Qollar: Rauf Əliyev, 84 - Mamadu Mbodj, 26, Baqali Dabo, 71, 90 (pen.)
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Eyyub İbrahimov, Xəlil Xəlilov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Qəbələ şəhər stadionu
18:00 “Qarabağ” – “Səbail” - 4:0
Qollar: Miçel, 21, Mahir Mədətov, 42, 69, 87
Hakimlər: Rövşən Rəcəbov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: İlham Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu
20:00 “Sumqayıt” – “Sabah” - 1:0
Qol: Əmir Ağayev, 49
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Elçin Məsiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena”
saytlarin hazirlanmasi