Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, “Qarabağ” sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirib. 27-ci turda doğma meydanda “Səbail”i 4 cavabsız qolla məğlub edən Ağdam klubu xalını 63-ə çatdırıb və ən yaxın izləyicisi “Neftçi”nin oyununun nəticəsindən asılı olmayaraq, əlçatmaz olub.
Qurban Qurbanovun yetirmələri ardıcıl 6-cı, ümumilikdə 7-ci dəfə ölkə çempionu olub.
saytlarin hazirlanmasi