“Sabah” Futbol Klubu 2018-ci il üçün maliyyə göstəricilərini açıqlayıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, məlumat ötən ilin yanvar-dekabr aylarını əhatə edir.
Premyer Liqanın debütantının 2018-ci il üçün ümumi gəliri 1 milyon 864 min 200 manat olub. Bunların 1 milyon 275 min 500-ü sponsor və reklamlardan daxil olub.
Klubun ümumi xərcləri isə 1 milyon 870 min manat təşkil edib.