Mahir Mədətov 30-a het-triklə çatdı

16:41 - 6 May 2019

Azərbaycan Premyer Liqasının 2018/19 mövsümündə üçüncü het-trik qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, bu, XXVII turun “Qarabağ” – “Səbail” görüşünə təsadüf edib. Komandasının 4:0 hesablı qələbəsi ilə başa çatan oyunda üç qol vuran Mahir Mədətov mövsümdə ikinci dəfə het-trik müəllifi olub. 21 yaşlı hücumçu XIII turun “Keşlə”ylə ev matçında da (5:1) üç dəfə fərqlənmişdi. Mövsümün digər het-triki də “Qarabağ” futbolçularının hesabındadır. XIV turun “Zirə”ylə oyununda (6:0) Dani Kintana üç qol vurub.

 

Mahirin vurduğu ilk top onun üçün yubileylə də əlamərdar olub. Hücumçu Premyer Liqada 30-cu dəfə fərqlənib. Ümumilikdə 32 qol sevinci yaşayan Mədətov 102-ci matçında bu rəqəmə çatıb. O, bütün qollarını “Qarabağ”da vurub.

Xəbər xətti