“Qarabağ”ın qapıçısı Vaqner da Silva açıqlama verib.
Sportal.az xəbər verir ki, 32 yaşlı qapıçı Azərbaycanda ilk titulunu qazanmasından danışıb: "Burada ilk titulumu qazandım. Çox xoşbəxtəm. Ümid edirəm ki, bu, hələ başlanğıcdır. "Qarabağ"a kömək etmək üçün gəlmişdim. Tanrıya minnətdaram ki, hər şey istədiyim kimi oldu. İlk gündən hədəfimiz bütün turnirlərdə güclü çıxış etmək idi. Bu çempionluq da əziyyətimizin bəhrəsidir".
Təcrübəli əlcək sahibi Azərbaycan mühitinə çox tez uyğunlaşdığını bildirib: "Bura fərqli ölkədir. Yeni mədəniyyətə açıq olmağınız vacibdir. Bakı mənim də xoşuma gəlir, ailəmin də. Sakit yerdir, rahat yaşamaq olur. Yeni mədəniyyətə uyğunlaşmaq futbolçu həyatının bir hissəsidir. Xoşbəxtlikdən bu məndə alındı".
Qeyd edək ki, braziliyalı qapıçı ötən ilin yayından "Qarabağ"da çıxış edir.
saytlarin hazirlanmasi