"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində! - YENİLƏNİB

22:46 - 17 İyul 2019

Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" Albaniyanın "Partizani" klubunu qəbul edib. "Dalğa Arena"da keçirilən oyunda "Qarabağ" 2:0 hesabı ilə qalib gəlib və II təsnifat mərhələsinə adlayıb.

 

Tiranada keçirilən ilk oyunda qolsuz heç-heçə qeydə alınmışdı.

 

"Qarabağ" II təsnifat mərhələsində "Riqa" - "Dandolk" cütündə mərhələ keçən klubla üz-üzə gələcək.

 

"Partizani" isə Avropa Liqasının II təsnifat mərhələsində Moldovanın "Şerif" klubu ilə qarşılaşacaq.


Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin cavab oyunu

 

21:00 “Qarabağ” – “Partizani” - 2:0

Qollar: Filip Ozobiç, 51, Dani Kintana, 90+4
Baş hakim: Dumitru Muntyanu
Yan xətt hakimləri: Vladislav Lifçiu, Andrey Bodean
Dördüncü hakim: Aleksandru Tean
Hakim-inspektor: Uilliam Yanq
UEFA nümayəndəsi: Maykl Foster
Bakı. "Dalğa Arena".

 

Xəbər xətti