“Qarabağ”ın yarımmüdafiəçisi Araz Abdullayev Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın “Partizani” klubuna qarşı cavab oyunundan (2:0, ilk oyun – 0:0) sonra jurnalistlərin suallarını cavablandırdı.
Sportal.az xəbər verir ki,27 yaşlı futbolçu öncə oyunu şərh edib:
- Bilirdik ki, bu komanda intizamlı müdafiə olunur. Belə müdafiəni yarmaq asan deyil. Ancaq komanda şəklində bunu bacardıq.
- Qol vura bilməməyiniz sizi həyəcanlandırmırdı?
- Komanda daxilində danışmışdıq ki, qol vurmasaq, sona qədər sakit və səbirli olaq.
- Ötən mövsüm “Vorskla” ilə oyunda da hücumçu kimi çıxış etmişdin. Bu mövqeydə özünü narahat hiss etmirsən?
- Xeyr, məşqçilər harda desə, həmin mövqeydə özümü doğrultmağa çalışıram. Rəqib çox müdafiə olunurdu və çalışırdım ki, daha çox boş hissə buraxsınlar.
- II mərhələdə İrlandiyanın “Dandolk” klubu ilə qarşılaşacaqsınız. “Riqa”nı arzu edirdiniz, yoxsa “Dandolk”u?
- Mərhələ keçən klublar ciddi rəqbilərdir. Yaxşı hazırlaşmalı və səfərdən sərfəli hesabla dönməliyik.
- Favorit “Qarabağ” görünür. “Dandolk”u keçəcəyinizə inanırsınız?
- Çalışacağıq ki, bunu bacara bilək. Öncədən danışmaq istəməzdim. Qələbə üçün hazırlaşacağıq.
saytlarin hazirlanmasi