"Qarabağ"ı II mərhələyə yüksəldən qələbə - VİDEO

00:49 - 18 İyul 2019

Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab görüşləri keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" Albaniyanın "Partizani" klubunu qəbul edib. "Dalğa Arena"da keçirilən oyunda "Qarabağ" 2:0 hesabı ilə qalib gəlib və II təsnifat mərhələsinə adlayıb.

 

Tiranada keçirilən ilk oyunda qolsuz heç-heçə qeydə alınmışdı.

 

"Qarabağ" II təsnifat mərhələsində İrlandiyanın "Dandolk" klubu ilə üz-üzə gələcək.

 

“Qarabağ” – “Partizani” - 2:0

Qollar: Filip Ozobiç, 51, Dani Kintana, 90+4
 

 

Xəbər xətti