"Qarabağ"ın 100-cü qolu

01:05 - 18 İyul 2019

“Qarabağ” avrokuboklarda 100-cü qolunu vurub.

 

Sportal.az xəbər verir ki, yubiley qolu Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın “Partizani” klubu ilə cavab matçına təsadüf edib.

 

Azərbaycan çempionunun 2:0 hesablı qələbəsiylə bitən qarşılaşmada hesabı açan Filip Ozobiç 99-cu qolun müəllifi olub. 100-cü qola isə Dani Kintana imza atıb.

 

"Qarabağ" II mərhələdə İrlandiya təmsilçisi "Dandolk"la qarşılaşacaq.

Xəbər xətti