Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq.
Sportal.az xəbər verir ki, “Neftçi” ilk oyunda 3:0 hesabı ilə qalib gəldiyi Moldovanın “Sperantsa” klubunu qəbul edib. "Bakcell Arena"da keçirilən oyunda "ağ-qaralar" rəqibini 6:0 hesabı ilə məğlub edib.
“Neftçi” II təsnifat mərhələsində Rusiyanın “Arsenal” (Tula) klubu ilə qarşılaşacaq.
Avropa Liqası, I təsnifat mərhələsi, cavab oyunu
18 iyul
21:00 "Neftçi" – "Sperantsa" - 6:0
Qollar: Vangelis Platellas, 18, 40, Emin Mahmudov, 24 (pen.), Dario Frederiko, 42, Stiven-Jozef Monroz, 67, İsmayıl Zülfüqarlı, 76
Baş hakim: Yulian Veynebrger (Avstriya)
İlk oyun – 3:0