"Səbail" Avropa Liqasında mübarizəni dayadırdı - YENİLƏNİB

21:55 - 18 İyul 2019

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, turnirin debütantı “Səbail” Rumıniyanın “Universitatya Krayova” klubunun qonağı olub və 2:3 hesabı ilə uduzub. İlk oyunda da eyni hesabla məğlub olan paytaxt təmsilçisi turnirlə vidalaşıb.

 

Avropa Liqası, I təsnifat mərhələsi, cavab oyunu

18 iyul

 

20:00 "Universitatya Krayova" – Səbail - 3:2

Qollar: Aleksandru Çikildeu, 28, Boqdan Vatayelu, 53, Karlos Fortes, 90 - Ağabala Ramazanov, 67, Dilan Duventru, 69
Baş hakim: Mikael Yonasson (İslandiya)
İlk oyun – 3:2

Xəbər xətti