"Qarabağ"ın gördüyü işlərə və uğurlarına baxmalıyıq" - "Dandolk" rəsmisi

17:01 - 19 İyul 2019

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İrlandiyanın “Dandolk” klubunun sədri Mayk Treysi independent.ie saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi Ağdam təmsilçisi barədə xoş sözlər səsləndirib və cütün favoriti olmadıqlarını deyib:

 

"Qarabağ"ın gördüyü işlərə və uğurlarına baxmalıyıq. 2012-ci ildə hansı səviyyədə idilər və bu gün görün, hara qədər gəliblər. Onların bu yerə çatmaq üçün nə etdiklərinə baxmaq istəyirik. Oyunu səbirsizliklə gözləyirik. Böyük ehtimalla, favorit olmayacağıq. Ancaq futbolçularımız çox qorxusuzdur və nə vaxt meydana çıxsalar, qalib gələcəklərini düşünürlər". 

 

"Dandolk" iyulun 24-də "Qarabağ"ı qəbul edəcək. Cütün cavab matçı iyulun 31-i Bakıda baş tutacaq.

Xəbər xətti