“Sabah” FK heyətini yeni futbolçuyla gücləndirib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, gənc qapıçı Oleq Karnauxla 3 illik müqavilə imzalanıb. 21 yaşlı qolkiperin son klubu “Tavriya” (Ukrayna) olub. O, peşəkar karyerasına Ukraynanın digər klubu “İliçevets”də başlayıb.
Karnaux vaxtilə Azərbaycan millisinin U-17 komandasının üzvü olub.
saytlarin hazirlanmasi