Haitili hücumçu: "Zirə"yə Avropa macərası yaşamaq üçün gəldim" - MÜSAHİBƏ

14:54 - 20 İyul 2019

“Zirə”nin yeni transferi Soni Norde “Haiti Tempo”ya müsahibə verib.
 
Sportal.az 29 yaşlı forvardın müsahibəsini təqdim edir:
 
- Cənubi və Şimali Amerikada, Asiyada oynamışdınız. Nə üçün UEFA-ya daxil ölkəni seçdiniz?
- Cənubi və Şimali Amerikadan, Asiya klublarından birbaşa müqaviləyə dəvət alırdım. Türkiyənin “Gənclərbirliyi” klubu da mənimlə təmasa keçmişdi, ancaq təkliflərini qəbul etməmişdim. “Zirə”nin layihəsi məni razı saldı. Bir illik müqavilə imzalayıb, Avropa macərası yaşamaq istədim.
 
- Dürüst olun, niyə Türkiyə klubuna rədd cavabı verdiniz?
- Hətta “Antalyaspor” da mənimlə maraqlanırdı. Özümə Hindistanda rahat idi. “Mohun Baqan”da yaxşı maaş alıb, özümü yaxşı hiss edirdim. Hər şey mən və ailəm üçün yaxşı gedirdi.
 
- Yaxınlarda yaşınız 30 olacaq. Avropa macərası yaşamaq üçün ideal yaş olduğunu düşünürsünüz?
- Yaş sadəcə rəqəmdir. Daha öncə belə şansa sahib olduğumu düşünmədim. “Zirə” mənə komandada böyük rola malik olacağım müqavilə təklif elədi. Buna görə də komandada olduğum üçün xoşbəxtəm. Həyatda nə edirsinizsə, edin, ancaq bunu ehtiras və intizamla aparın. Təbiət bəzən insan həyatı üçün tələsik şeylər edir.
 
- Hindistanda kral və ya şahzadə kimi yaşayırdın. Niyə “Mohun Baqan”dan ayrıldın?
- Problem yoxdur. Orada beş il ərzində hər hansı mənfi halla üzləşmədim, mənə hər şey verdilər. Sadəcə, yeni macəra axtarırdım. Klub rəhbərliyilə bu barədə danışdım, ayrılığıma izn verdilər.
 
- “Zirə” ilə müqavilənizin maliyyə şərtləri yaxşıdır?
- Belə düşünmək olar. Ancaq sırf pula görə gəlmədim. Burada idman mübarizəsi də çox maraqlıdır. Buna görə də həyəcanlıyam.
 
- Yeni klubda hədəf nədir?
- Hər addım insan üçün yeni çətinlikdir. Özümü yaxşı göstərmək istəyirəm. “Zirə”nin çempionatda üst yerlərdə qərarlaşması üçün əlimdən gələni edəcəm.
 
- Çempionluğa əsas namizəd olan “Qarabağ” və “Neftçi”yə meydan oxuya biləcəksiniz?
- Onu bilin ki, həyatda heç bir şey imkansız deyil. Onlar güclüdür, amma məğlub edilməz deyillər. Favoritlərlə rəqabət apara bilərək. Asan olmaycaq, amma buna cəhd edəcəyik.
 
- “Zirə”də vəziyyətin necədir?
- Fiziki duruma cavabdeh olan məşqçinin proqramıyla çalışıram. Burada hamının əhvalı əladır. Baş məşqçi məni ideal heyətində düşündüyünü deyərək, məni rahat edib.
 
- Dil baryerində problem yoxdur?
- Komandada ingiliscə danışan futbolçularımız var. İspanca bilən iki paraqvaylı da var. İki futbolçu da fransız dilini bilir.
 
- “Zirə”də niyə 11 nömrəli futbolkanı seçdiniz?
- Bura gələn 10 və 16 nömrəni tələb eləldim. Ancaq həmin nömrələr komandanın digər üzvlərində idi. 5, 17, 25 də boş idi, ancaq 11 nömrəli formanı seçdim.
 
- Niyə hələ də 16 nömrəni istəyirsən?
- Çünki “Boka Xuniors”da bu nömrə altında çıxış etmişəm. Buna görə də hara getsəm, 10 və 16-nı tələb edirəm.

Xəbər xətti