Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.
Sportal.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ”ın potensial rəqibi məlum olub. II təsnifat mərhələsində üz-üzə gələcək "Qarabağ" - "Dandolk" (İrlandiya) cütünün qalibi APOEL (Nikosiya, Kipr) - “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacq.
III təsnifat mərhələsinin oyunları avqustun 6-7-də və 13-də keçiriləcək.
saytlarin hazirlanmasi