Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində İrlandiyanın “Dandolk” klubunun qonağı olacaq “Qarabağ” səfərə yollanıb.
Sportal.az xəbər verir ki, Ağdam klubu 16:00-da çarter reysi ilə Dublinə yola düşüb. Komandanı 6,5 saatlıq uçuş gözləyir.
"Qarabağ" sabah matçın keçiriləcəyi "Oriel Park"da oyun öncəsi son məşqinə çıxacaq.
“Dandolk” – “Qarabağ” oyunu iyulun 24-ü, Bakı vaxtı ilə 22:45-də start götürəcək.
saytlarin hazirlanmasi