"Keşlə" növbəti transferini açıqlayıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın “Universitatya Krayova” klubundan Sezar Meza Kollini heyətinə qatıb. Paraqvaylı futbolçu 1 illik icarəyə götürülüb.
Sezar Meza Kolli 2017-2018 mövsümünün ikinci yarısında "Keşlə"də oynayıb. 27 yaşlı hücumameyilli futbolçu "Keşlə"dən Rumıniya klubuna keçmişdi.
Sezar Meza Kollinin "Keşlə"yə qayıdacağını ilk dəfə "Sportal" tirajlayıb.
saytlarin hazirlanmasi