Ötən mövsümün sonunda “Zirə”dən ayrılan Pərdis Fərcad-Azadın yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, 31 yaşlı hücumçu karyerasını Almaniyada davam etdirəcək. Azərbaycan millisinin sabiq üzvü Regional Liqa təmsilçisi "Viktoriya Berlin"lə bir illik müqavilə imzalayıb.
Pərdis 2012-ci ildə Azərbaycana gəlmişdi. O, 2016-cı ilə qədər "Sumqayıt"da çıxış edib. Futbolçu 2016-2018-ci illərdə "Keşlə"nin şərəfini qoruyub. Hücumçu 6 dəfə Azərbaycan yığmasında oynayıb.
saytlarin hazirlanmasi