Ozan Can 90 dəqiqə oynadı, komandası uduzdu

11:40 - 16 Aprel 2022

Niderland Eerste Divizyesində (I Liqa) 35-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş oyunçusu Ozan Can Kökçünün formasını geydiyi "Telstar" səfərdə "VVV-Venlo"nun qonağı olub. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsiylə başa çatıb.

 

Ozan Can Kökçü də bu qarşılaşmanın iştirakçısı olub. 23 yaşlı vinger qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 82-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

 

35 turdan sonra 35 xal toplayan "Telstar" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Xəbər xətti