Qulağındakı sırğaya görə "İnter"ə qarşı oynaya bilmədi - FOTO

12:47 - 16 Aprel 2022

İtaliya çempionatının 33-cü turunda keçirilən "Spetsiya" - "İnter" oyununda (1:3) maraqlı hadisə baş verib.

 

Sportal.az xəbər verir ki, matçın 60-cı dəqiqəsində "Spetsiya"nın heyətində Rey Manayın yerinə meydana Mbala N Zola daxil olub.

 

Bir dəqiqə sonra baş hakim oyunçunun qulağında böyük sırğa olduğunu görüb və matça davam etməsi üçün onu çıxarmasını istəyib. Klub əməkdaşları sırğanı çıxarmağa çalışsa da, bu, alınmayıb.

 

Baş məşqçi Tiaqo Motta hücumçunu 70-ci dəqiqədə Janis Antistlə əvəzləyib.

 

Xəbər xətti