Futbol üzrə Latviya çempionatında 6-cı turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Asim Əlizadənin çıxış etdiyi “Dauqavpils” evdə “Spartak”la (Yurmala) qarşılaşıb. Görüş “Dauqavpils”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Asim də bu oyunun iştirakçısı olub. 21 yaşlı yarımmüdafiəçi qarşılaşmaya start heyətdə başlayıb və 81-ci dəqiqədə əvəzlənib. O, 58-ci dəqiqədə komandasına penalti qazandırıb. Daha sonra isə Makuilli bu epizodu qola çevirib.
Qeyd edək ki, “Dauqavpils” turnir cədvəlində 10 komanda arasında 8 xalla 6-cı pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi