Ardıcıl 4-cü dəfə ölkə çempionu oldular

14:15 - 16 Aprel 2022

Slovakiya çempionatında mövsümün qalibi müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Slovan" çempionluğunu rəsmiləşdirib.

 

Bratislava təmsilçisi pley-off mərhələsinin VI turunda ən yaxın izləyicisi "Rujomberok"la heç-heçə edərək rəqibi üçün əlçatmaz olub. Komanda çempionatın bitməsinə 3 tur qalmış çempionluğu elan edib.

"Slovan" ardıcıl 4-cü, ümumilikdə isə 24-cü dəfə ölkə çempionu olub.

Xəbər xətti