"Emreli əvəzlənərkən azarkeşlər tərəfindən alqışlandı"

15:30 - 16 Aprel 2022

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Zaqreb "Dinamo"sunun heyətində ardıcıl ikinci oyunda qol vurub.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı forvard Xorvatiya çempionatının 31-ci turunun "İstra 1961"lə matçında (3:0) komandasının sonuncu qolunun müəllifi olub. "Veçernji" nəşri Mahirin ardıcıl ikinci oyunda qol vurması barədə bunları yazıb:

 

"Mahir Emreli "Dinamo"da ikinci qolunu vurdu. Bu, Azərbaycandan olan futbolçunun "Maksimir" stadionundakı ilk qolu idi. Emreli 71-ci dəqiqədə Petkoviçlə əvəzlənərkən azarkeşlər tərəfindən alqışlandı".

 

Xəbər xətti