Yarımfinalda VAR-dan istifadə olunacaq

18:04 - 16 Aprel 2022

Konfrans Liqasında yarımfinal mərhələsində Video Köməkçi Hakim (VAR) sistemindən istifadə edilə bilər.

Sportal.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə UEFA nümayəndələrinin turnirin növbəti oyunlarında VAR-dan istifadəni nəzərdən keçirdiyi bildirilib.

Konfrans Liqasının yarımfinalında "Feyenoord" Marsel"lə, "Roma" isə "Lester"lə qarşılaşacaq..

Xəbər xətti