Ozobiç "Qarabağ"ın tarixinə düşdü

18:28 - 16 Aprel 2022

Filip Ozobiç “Qarabağ”ın heyətində Premyer Liqada 30-cu qolunu vurub.

 

Sportal.az xəbər verir ki, yubiley topu XXIII turun “Şamaxı” ilə matçına təsadüf edib.

 

8:0 hesablı qələbəyə dublla töhfə verən yarımmüdafiəçi öncə 30-cu, ardınca 31-ci qoluna imza atıb. O, “Qarabağ”da keçirdiyi 70-ci çempionat matçında buna nail olub.

 

Ozobiç Ağdam klubunun tarixinə ölkə çempionatında 30 və daha çox qol vuran 9-cu oyunçu kimi düşüb. Mütləq rekord 109 dəfə fərqlənən Müşfiq Hüseynova məxsusdur.

 

Qeyd edək ki, Filip 2018/19 mövsümündə 9, 2019/20 mövsümündə 1, 2020/21 mövsümündə 11, cari çempionatda 10 dəfə fərqlənib.

Xəbər xətti