Almaniyanın Qərb Regional Liqasında 34-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin forvardı Rüfət Dadaşovun formasını geyindiyi "Şalke"nin ikinci komandası da növbəti matçına çıxıb.
Dadaşovun komandası "Bonner"lə qarşılaşıb və matçı 1:0 qalib başa vurub.
Rüfətin adı matçın iştirak ərizəsinə daxil edilməyib.
“Şalke-2” hazırda 38 xalla 13-cü pillədə qərarlaşıb.
