Futzal üzrə Azərbaycan millisinin qolkiperi Rövşən Hüseynli Rusiya Superliqasında "Torpedo"nun heyətində oynamaq üçün gələn həftə sifariş ediləcək.
Sportal.az xəbər verir ki, qapıçı "Torpedo"ya martda keçsə də, hələ ki, debüt edə bilməyib.
Bazar ertəsi RFU İcraiyyə Komitəsinin bürosunun iclası keçiriləcək və burada oyunçuların transfer statusunda bütün dəyişikliklər razılaşdırılacaq. Bundan sonra Rövşən yeni komandası üçün rəsmən sifariş ediləcək və pley-off matçlarında çıxış edə biləcək.
Dünən isə “Torpedo” Rövşənsiz səfərdə “Norilski Nikel”i 5:4 məölub edib və hazırda turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
