Krivotsyuk oynadı, komandası uduzdu - VİDEO

12:29 - 17 Aprel 2022

Polşa çempionatında 29-cu turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) "Lex"i qəbul edib.

Antonun komandası bu matçda 0:1 uduzub.

Matça start heyətində çıxan Krivotsyuk 5-ci dəqiqədə sarı vərəqə ilə də cəzalandırılıb.

​“Visla” 29 turdan sonra 42 xalla 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti