U-17 yığması qələbə qazandı

13:59 - 17 Aprel 2022

Bakıda təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sonuncu yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, “Sabah”ın U-19 komandası ilə qarşılaşan yığma 1:0 hesablı qələbə qazanıb. U-17-nin heytində Davud Mənsumov fərqlənib.

​Azərbaycan millisi daha öncə keçirdiyi oyunda “Şamaxı”nın U-19 komandasını 2:1 hesabı ilə məğlub etmişdi.

Xəbər xətti