Rusiya 1-ci divizionunda 33-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Kamran Əliyevin formasını geyindiyi "SKA-Xabarovsk" növbəti matçına çıxıb.
Əliyevin komandası "Metallurq"la (Lipetsk) qarşılaşıb və 1:0 qalib gəlib.
Meydana 74-cü dəqiqədə çıxan Kamran sarı vərəqə ilə də cəzalanıb.
“SKA-Xabarovsk” 33 turdan sonra 56 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
