"Müayinədən sonra aldığımız xəbər o qədər də yaxşı deyil"

15:01 - 17 Aprel 2022

"Arsenal"ın baş məşqçisi Mikel Arteta Tomas Partinin bu mövsüm bir daha meydana çıxa bilməmək ehtimalından danışıb.

Sportal.az xəbər verir ki, ispaniyalı məşqçi qanalı futbolçunun durumu barədə bunları bildirib:

"Növbəti müayinədən sonra aldığımız xəbər o qədər də yaxşı deyil. Mövsümün sonuna qədər Tomasın yenidən meydana çıxa biləcəyi inandırıcı görünmür. Amma biz gözləyəcəyik və ümid edəcəyik. Parti mümkün qədər tez qayıtmağa çalışacaq. Lakin indi hər şey heç də nikbin görünmür".

Xəbər xətti