"Liverpul" "Aberdin"dən futbolçu transfer edəcək.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 18 yaşlı futbolçu üçün indidən "Aberdin"lə danışıqlara başlayıb.
Məlumata görə, tərəflər artıq razılıq əldə edib. "Liverpul"un məşqçilər korpusu Remsiyə Trent Aleksandr-Arnolda əvəzləyicisi gözü ilə baxır.
"Aberdin"in futbolçusu bu mövsüm Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ"a (1:3) qarşı Şotlandiyada keçirilən görüşdə meydana çıxmışdı.
