Azərbaycan klubu Türkiyədə toplanış keçəcək

16:13 - 17 Aprel 2022

Yeni mövsümdən birinci divizionda oynayacağı iddia edilən "Araz Naxçıvan" təlim-məşq toplanışına hazırlaşır.

Sportal.az saytının məlumatına görə, Naxçıvan təmsilçisi Türkiyənin Ərzurum şəhərində aprelin 26-dan mayın 5-nə kimi toplanış keçəcək.

Azər Bağırovun rəhbərlik etdiyi komanda 3 yoxlama görüşü keçirəcək. “Araz Naxçıvan” “Ərzurum Bələdiyyəspor”un U-19 komandası və “Yakutyaspor”la qarşılaşacaq.

Xəbər xətti