"Yuventus"un forvardı tarixə düşdü

17:17 - 17 Aprel 2022

"Yuventus" İtaliya A Seriyasının XXXIII turunda "Bolonya" ilə heç-heçə edib - 1:1.

Sportal.az xəbər verir ki, Turin təmsilçisinə 1 xalı qazandıran qolun müəllifi Duşan Vlahoviç olub.

90+5-ci dəqiqədə fərqlənən serbiyalı hücumçu A Seriyasında qollarının sayını 50-yə çatdırıb. 22 yaşlı forvard çempionatda bu qol sayına ən erkən çatan 2-ci legioner olub. O, bu uğura 22 yaş 78 günlüyündə çatıb.

​Bu göstəricidə mütləq rekordçu "Milan"ın sabiq futbolçusu Aleşandre Patodur. O, 21 yaş 220 günlüyündə A Seiryasında 50 qol vurmuşdu.

Xəbər xətti