Yüksək Liqada oyun cədvəli açıqlandı

18:12 - 17 Aprel 2022

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun oyunlarının vaxtı dəqiqləşib.

Sportal.az xəbər verir ki, XIX turun görüşləri aprelin 18-də baş tutacaq.

Günün ilk qarşılaşması saat 15:00-da “Sərhədçi” və “Murov” komandaları arasında olacaq. Bu matçdan 2 saat sonra “Neftçi” - “Ekspress” oyununa start veriləcək.

Hər iki matç “Murov” Voleybol Klubunun idman zalın təşkil olunacaq.

Xəbər xətti