"Yuventus"un əfsanələrindən olan Alessandro Del Pyero 2012-ci ildən bəri ilk dəfə Turin klubunun ev oyununa təşrif buyurub.
Sportal.az xəbər verir ki, bu, Turin klubunun A Seriyasının 33-cü turunda “Bolonya” ilə qarşılaşması zamanı baş tutub (1:1).
Del Pyero 2012-ci ildə klubdan ayrıldıqdan sonra “Yuventus”un stadionunda olmamışdı.
O, 289 qolla Turin klubunun bombardiridi.
