"Barselona" azarkeşləri klubun rəhbərliyinə qarşı aksiya keçirməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, fanatlar Kataloniya təmsilçisinin "Ayntraxt"la ev matçında stadiona alman azarkeşlərin çox buraxılmasından narazıdır. Bu barədə "Catalunya Radio" məlumat yayıb.
Fanatlar La Liqanın XXXII turunda keçiriləcək "Barselona" - "Kadis" matçından əvvəl narazılıqlarını aksiya edərək bildirəcəklər.
Sözügedən oyun bu gün sat 23:00-da baş tutacaq.
