Simeone "Atletiko"ya keçmədi

10:44 - 18 İyun 2022

"Verona" "Kalyari"dən icarəyə götürdüyü Covanni Simeonenin transfer hüququna yiyələnib.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Verona klubu argentinalı forvardla 4 ilik müqavilə imzalayıb.

26 yaşlı hücumçu üçün "Kalyari"yə 10 milyon avro ödənilib.

"Atletiko"nun baş məşqçisi Dieqo Simeonun oğlu olan Covannninin yayda Madrid klubuna keçə biləcəyi iddia edilirdi. 

Xəbər xətti