İngiltərə Premyer Liqasının təmsilçisi "Lids" "Bavariya"dan oyunçu transfer edib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa klubu "Bavariya"da çıxış etmiş Mark Rokanı heyətinə qatıb. 25 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
İspaniyalı başa çatan mövsüm Münhen klubunun heyətində 13 oyun keçirmişdi.
