"Milan" italiyalı qapıçı ilə müqavilə imzalayacaq

13:49 - 18 İyun 2022

"Milan" qolkiperi Antonio Mirante ilə müqavilə müddətini uzadacaq.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “rossonyerlər” 38 yaşlı qolkiperi buraxmaq istəmir.

Yeni müqaviləyə əsasən italiyalı kiper 2023-cü ilə qədər “Milan”a məxsus olacaq.

​“Yuventus” yetirməsi olan qapıçı “Krotone”, “Siena”, “Sampdoriya”, “Parma”, “Bolonya”, “Roma” klublarında oynadıqdan sonra 2021-ci ildə “Milan”a keçmişdi.

Xəbər xətti