PSJ portuqaliyalı futbolçunu transfer edir

15:14 - 18 İyun 2022

"Porto"nun yarımmüdafiəçisi Vitinya PSJ-yə keçəcək.

Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, yaxın günlərdə portuqaliyalı futbolçu Paris klubunda tibbi baxışdan keçəcək.

25 yaşlı futbolçunun PSJ ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.

“Porto” yetirməsi olan 22 yaşlı futbolçu 2020/2021 mövsümünü icarə əsasında “Vulverhempton”da keçirib.

Ötən mövsüm isə Vitinya bütün turnirlər daxil olmaqla “Porto”nun heyətində 47 matçda 4 qol vurub.

Xəbər xətti