"Zirə"nin rəqibi müdafiəçisi ilə yollarını ayırdı

15:56 - 18 İyun 2022

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Makkabi" (Tel-Əviv) bir futbolçusu ilə yollarını ayırıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tel-Əviv klubu Matan Baltaxa ilə yola davam etməyib.

26 yaşlı müdafiəçi ilə müqavilə müddəti uzadılmayıb.

Matan karyerasını Avstriyanın "Austria" klubunda davam etdirəcək.

"Zirə" "Makkabi" ilə ilk oyunu iyulun 21-də Bakıda, cavab matçını isə 28-də İsraildə keçirəcək.

Xəbər xətti