"Qalatasaray" italiyalı mütəxəssisi baş məşqçi postuna gətirəcək

17:23 - 18 İyun 2022

"Qalatasaray" baş məşqçi postuna məşqçi axtarışlarını davam etdirir.

Sportal.az "Sky Italia" nəşrinə istinadən xəbər verir ki, "cim-bom" Roberto Donadoni ilə danışıqlara başlayıb.

Təcrübəli mütəxəssisin yaxın günlərdə İstanbul klubunun nümayəndələrilə görüşəcəyi bildirilir.

"Qalatasaray"ın Domenek Torrenlə yollarını ayıracağı gözlənilir.

58 yaşlı məşqçi “Leçço”, “Livorno”, “Cenoa”, “Napoli”, “Kalyari”, “Parma” klubları ilə yanaşı İtaliya millisində də çalışıb. Onun son klubu “Şenzen”di.

Xəbər xətti