"Zirə" rumınlarla qarşılaşacaq

18:29 - 18 İyun 2022

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı keçəcək "Zirə"nin yoxlama oyunlarındakı rəqiblərindən biri müəyyənləşib.

Sportal.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, "qartallar" "Hermanştadt"la üz-üzə gələcək. Görüşün vaxtı və yeri barədə isə dəqiq məlumat yoxdu.

İyunun 24-dən iyulun 7-dək Boluda hazırlaşacaq "Zirə" 2 yoxlama oyunu keçirəcək.

Xəbər xətti