"Benfika"nın futbolçusu Super Liqa klubuna keçir

19:37 - 18 İyun 2022

"Benfika"nın yarımmüdafiəçisi Adel Taarabt komandadan ayrılacaq. 

Sportal.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, Lissabon təmsilçisi mərakeşli futbolçunun gedişinə mane olmayacaq. Klub yarımmüdafiəçinin maaşının çox olmasına görə onunla yolları ayırmağa müsbət yanaşır.

Mərakeş millisinin üzvü onunla maraqlanan Super Liqa təmsilçisi "Adana Demirspor"la danışıqlar aparmağa başlayıb. Tərəflər arasında müzakirələr davam edir.

Adel 2009-cu ildən çağrıldığı Mərakeş millisində 16 oyunda 3 qol vurub.

33 yaşlı oyunçu 2015-ci ildən  Portuqaliya klubunda çıxış edir. O, meydana çıxdığı 129 matçda 2 qolla yadda qalıb.

Xəbər xətti